"IREX Azerbaijan" və Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) dəstəyi ilə həyata keçirilən layihə, məcburi köçkün məktəblərində təhsil alan, 12- 14 yaş arası şagirdlərin qısa zaman ərzində dünya görüşünün və dil biliklərinin artırılması məqsədi ilə xüsusi təlim proqramını əhatə edib.
Gəncə şəhərində 1 ay davam edən, məcburi köçkün məktəblərində təhsil alan şagirdlərin özünü inkişafı üçün nəzərdə tutulmuş "Self-Development Club" (Özünü Təkmilləşdirmə Klubu) layihəsi bu gün Bakıda yekun tədbirini keçirib. AGAT-dan SİA-ya verilən məlumata görə,"IREX Azerbaijan" və Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) dəstəyi ilə həyata keçirilən layihə, məcburi köçkün məktəblərində təhsil alan, 12- 14 yaş arası şagirdlərin qısa zaman ərzində dünya görüşünün və dil biliklərinin artırılması məqsədi ilə xüsusi təlim proqramını əhatə edib.
20-21 Fevral tarixində isə layihə iştirakçıları Bakıda səfərdə olublar. Səfərin birinci günü şagirdlər AGAT və İREX təşkilatının nümayəndələri ilə görüşüblər. Eyni zamanda AGAT sədr müavini Nərgiz Xələfin "QHT işi və konüllüluk fəaliyyəti" mövzusunda təliminin iştirakçısı olublar. Təlimdə QHT işinin mahiyyətindən danishan Nərgiz Xələf Könüllülülərin QHT-nin əsas lokomotivi olduğunu xüsusi qeyd edib. Daha sonra şəhər gəzintisindən qayıdan iştirakçıların qonağı AGAT sədri Gülsel Səfərova oldu. Qeyri rəsmi keçirilən görüşdə iştirakçılara sertifikat təqdim olundu.
21 fevral tarixində isə iştirakçılar BP şirkətinin nəzdində fəaliyyət göstərən Xəzər Enerji Mərkəzinə ekskursiyaya gedəcəklər.
Qeyd edək ki, layihənin əsası ABŞ-da təhsil almış 4 tələbə tərəfindən qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB