“Mahir nişançı” FOTO

"26 fevral Xocalı soyqırımı"nın XXI ildönümü ilə əlaqədar Xəzər rayon Gənclər və İdman idarəsi, Xəzər rayon Mütəxəssis Hazırlığı məktəbilə birgə Mərdəkan qəsəbəsindəki Tirdə Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş rayon orta ümumtəhsil məktəblərinin yuxarı sinf şagirdləri arasında "Mahir nişançı" adlı güllə atıcılığı üzrə rayon turniri keçirilib.

SİA-nın məlumatına görə, tədbirdə Xəzər rayon İcra Hakimiyyəti şöbə müdiri Gülbala Qurbanov , Xəzər rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Əliyev, Xəzər rayon Mütəxəssis Hazırlığı məktəbinin direktoru Azər Abbaszadə iştirak ediblər.
Məktəb komandalarının tərkibi 5 nəfər olmaqla ümumilikdə 20 komandanın iştirakı təmin olunub.

Yekun nəticələrə görə turnirin qalibləri aşağıdakılardır:

I yer- 181H -li tam orta məktəb
II yer – 235H-li tam orta məktəb
III yer – 234H -li tam orta məktəb

Yekun nəticələrə görə I,II,III yerləri tutmuş komandalar və ən yaxşı sərrast atıcı Diplomlar və hədiyyələrlə mükafatlandırılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə