Azərbaycanda vətəndaşların ərzaq təhlükəsizliyi əhalinin sağlamlığının qorunmasında dövlətin vəzifələri sırasına salınır. SİA-nın məlumatına görə, bununla bağlı bu gün Milli Məclisin Sosial siyasət komitəsində "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna dəyişikliklər müzakirə olunub.
Dəyişiklik qanunun "Əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələri" adlı 3-cü maddəsində edilib. Dəyişiklikdə qeyd olunur ki, əhalinin sağlamlığının möhkəmləndirilməsi və xəstəliklərin profilaktıkası məqsədilə yeyinti məhsullarının, xüsusilə, duz, un, süd və şəkərin mikronutriyentlərlə zənginləşdirilməsinin tətbiq edilməsi və müvafiq normativ hüquqi aktların hazırlanması təmin edilməlidir.
Komitə sədri Hadı Rəcəbli iclasda bildirib ki, artıq Azərbaycanda duzun tərkibinin zənginləşdirilməsi həyata keçirilir. Rəcəbli qeyd edib ki, bu, xarici ölkələrdə uzun müddətdir həyata keçirilir, ərzağın tərkibi zənginləşdirilir. "Misal üçün, Çində ərzaq məhsullarına bir sıra vitaminlərin əlavə edilməsi nəticəsində son illər ərzində əhalinin boyu 8 sm artıb. O mikronutriyent əlavələr nə ərzağın dadında, nə də iyində öz təsirini göstərir, lakin əhalinin sağlamlaşdırılmasına öz töhfəsini verir", - o deyib.
Qanuna dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB