ASAIF yeni müraciət elektron kompaniyasına start verib

ASAIF yeni müraciət elektron kompaniyasına start verib

ASAIF-Amerika olaraq "Ağ Ev"ə (White House) – a elektron müraciət kompaniyasına start verib. ASAIF-dən SİA-ya verilən məlumata görə, kompaniyanın əsas məqsədi ermənilər tərəfindən səslənən əsassız fikirlərin qarşısını almaq və Xocalı üçün hazırlanan petisiyada 100.000 tələb olmasına baxmayaraq vaxtından əvvəl 100.000-dən artıq imzanın toplanmasına olan şübhələrin və bunun üçün Azərbaycanda rəsmi çağırışın olması kimi fikirlərin doğru deyil, əksinə, Azərbaycan sevdalısı olan hər bir kəsin əməyinin nəticəsi, dünyanın hər yerində olan Azərbaycanlıların birliyini, milli maraqlara sadiq və dövlətçiliyə bağlı bir millət olaraq bu imza kompaniyasında əmək sərf etmələrinin nəticisini görmək və petisiyanın legitimliyinin "Ağ Ev" Administrasiyası tərəfindən tanınmasına layiq olmaqdır.

Administrasiyaya göndəriləcək mail kompaniyasında hazırda Amerika Birləşmiş Ştatlarında təhsil alan Azərbaycanlı gənclər, orda yaşayan və işləyən həmyerlilərimiz və Amerika vətəndaşları iştirak edəbilərlər. Bunun üçün hərkəsi aktiv olmağa və bu mail kompaniyasında milli birliyə səslənən, həmrəy olaraq daha bir uğura addım atmağa dəvət edirik.

Elektron müraciət aşağıdakı linkə bu mesajı ataraq və xanaları dolduraraq göndərə bilərsiniz.

http://www.whitehouse.gov/contact/submit-questions-and-comments

Bütün xəbərlər Facebook səhifəmizdə