Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzinə 2007-2012-ci illər ərzində Bakı və Sumqayıt Şəhər Polis İdarələrinin və İcra Hakimiyyətinin YYÇİHMK, həmçinin Abşeron rayon Polis İdarəsinin və İcra Hakimiyyətinin YYÇİHMK tərəfindən mərkəzə müxtəlif cinayət əməlləri və hüquq pozuntuları törətmiş 290-dan çox uşaq cəlb edilib. SİA-nın xəbərinə görə, həmin uşaqlar və onların aillələri ilə 4-6 ay müddətində psixoloji, sosial, pedaqoji iş həyata keçirilib və tam reablitasiya olunublar. Mərkəzə cəlb olunan uşaqların peşə təhsilinə istiqamətləndirilməsi həyata keçirilib.
Qeyd edək ki, mərkəzə cəlb olunanlar 10-18 yaş arası az ağır və bəzi ağır cinayətlər, inzibati xətalar törətmiş, ictimai qaydalara zidd davranışa yol vermiş uşaqlardır.
Məlumat üçün bildirək ki, Uşaq və Gənclər üçün Sosial Reablitasiya Mərkəzi 24 may 2012-cidən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyilə Sabunçu rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində fəaliyyət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB