Bu gün Nəqliyyat İntellektual İdarəetmə Mərkəzi (NİİM) jurnalistlər üçün mətbuat konfransı keçirib. Tədbirdə jurnalistlərə 2012-ci ildə Mərkəzin fəaliyyəti, gördüyü işlər haqqında geniş məlumat verilib. SİA-nın xəbərinə görə, tıxac məsələsinə toxunan mərkəzin baş direktoru Elnur Abdullayev 1 illik fəaliyyət əsasında aparılan araşdırmaların nəticəsi olaraq yollarda yaranan tıxacların əsas səbəblərindən biri kimi məhz qeyri-qanuni parklanmanı qeyd edib.
Tədbir zamanı həmçinin NİİM-in gələcək planlarını da açıqlanıb. 2013-cu ildə şəhər nəqliyyat sisteminin təkmilləşdirilməsi, əhaliyə göstərilən nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, təhlükəsizliyin və iqtisadi səmərəliliyin artırılması, operativ informasiya təminatı qarşımızda duran prioritet məsələlərdir, - deyə mərkəzin direktoru E.Abdullayev fikirlərinə əlavə edib.
Samirə Abdullayeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB