Bakıda konturların qiyməti artdı QİYMƏTLƏR

Bakıda konturların qiyməti artdı QİYMƏTLƏR

Bakıda kontur kartlarının qiyməti artıb. SİA-nın verdiyi məlumata görə, əksər köşklərdə "Azercell" konturları 10 qəpik baha satılır. 2 manatlıq kontur 2.10 AZN, 5 manatlıq kontur 5.10 AZN və s. Buna səbəb isə adıçəkilən mobil operatorların satış qiymətini artırmasıdır. 2 manatlıq konturu 1.98 və ya 1.99 AZN-ə alan köşklər və ya digər satış obyektləri onun satış qiymətini artırmağa məcbur olduğunu qeyd edirlər. Bəzi köşklər isə ümumiyyətlə, kontur satışı dayandırılıb.

Konturların qiymətinin qalxması mobil operator istifadəçiləri tərəfindən də narazıçılıqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə