Dünən Ermənistanda keçirilən prezident seçkilərində Sarkisyan rejimi bütün resurslarını işə salmaqla, açıq-aşkar saxtakarlıq etməklə qalib gəlib. SİA-nın verdiyi məlumata görə, yerli müşahidəçilərin əksəriyyəti hakim partiyanın üzvlərindən ibarət olduğundan saxtakarlıqlar demək olar ki, ört-basdır edilib. Amma başqa namizədlərin səlahiyyətli nümayəndələri seçkilərin nəticəsinə təsir edə biləcək qanunsuzluqlar qeydə alsalar da Mərkəzi Seçki Komissiyası hələ də bu faktlara səthi yanaşır, monitorinq aparmaq istəmir.
Buna baxmayaraq prezidentliyə namizəd Raffi Ovannisiyanın Gümrü, İcevanda, xüsusilə də Sisyanda qələbə qazanmasını indiki hakimiyyət dana bilməyib. Sisyanda Ovannisiyan 75 faiz səs toplayıb. Bu onu göstərir ki, Sarkisyan bölgələrdə nüfuzunu itirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB