TÜRKPA nümayəndələri ATƏT PA-da iştirak edəcək

TÜRKPA nümayəndələri ATƏT PA-da iştirak edəcək

21-22 fevral 2012-ci il tarixində TÜRKPA nümayəndə heyəti ATƏT PA-nın Vyana şəhərində keçiriləcək qış sessiyasında iştirak edəcək. TÜRKPA artıq üç ildir ki, qonaq statusu ilə ATƏT Pa-nın fəaliyyətlərində aktiv iştirak etməkdədir. Qurumdan SİA-ya verilən məlumata görə, səfər çərçivəsində TÜRKPA baş katibi Ramil Həsənovun Qazaxıstan, Qırğızıstan və Türkiyə nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri planlaşdırılır.
Həmçinin ATƏT Pa-nın qış sessiyası çərçivəsində TÜRKPA Beynəlxalq Katibliyinin koordinatorluğunda, TÜRKPA üzv dövlətləri nümayəndə heyətləri rəhbərlərinin iştirakı ilə birgə əməkdaşlıq imkanlarının möhkəmləndirilməsi istiqamətində müzakirələrin növbəti mərhələsi ilə bağlı görüşün keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, səfərdə TÜRKPA baş katibini, baş katibin müavini Bektemir Ziadinov, beynəlxalq əməkdaşlıq və protokol üzrə katib Anar Rəhimov və təşkilati işlər üzrə katib Ələsgər Ağayev müşayiət edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə