“İRƏLİ” praktiki məşğələlərə start verib

“İRƏLİ” Extreme Club Paraplan təlimlərinin praktiki məşğələlərinə start verib
“İRƏLİ” praktiki məşğələlərə start verib

"İRƏLİ" Extreme Club "Banzai Paraşut Club"u ilə birgə paraplan təlimlərinin praktiki məşğələlərinə start verib. Birlikdən SİA-ya verilən məlumata görə, klub üzvləri Qobustan rayonu ərazisində paraplanla uçuşun praktiki tərəfləri ilə tanış olub və ilk uçuşlarını ediblər. Hava şəraitinin və külək sürətinin normal səviyyədə olması praktiki məşğələlərin uğurla keçməsini təmin edib.

Praktiki məşğələlər Moldovadan dəvət olunmuş paraplan üzrə ekspert, təlimçi Viktor Arpintinin rəhbərləyi altında keçirilir. Qeyd edək ki, praktiki məşğələlərdə yalnız nəzəri məşğələləri keçmiş ekstremçilər iştirak ediblər. Nəzəri məşğələlər isə hər gün "İRƏLİ" Gənclik Mərkəzində keçirilir.

Qeyd edək ki, "Extreme Club" növbəti həftə sonları praktiki məşğələləri davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə