“Hocalı Soykırımı: Tanıkların dili ile”

“Hocalı Soykırımı: Tanıkların dili ile”

..."Qaradağlı soyqırımı: şahidlərin dili ilə" kitablarının, "Hocalı Soykırımı: tanıkların dili ile" və "Ruhum Qarabağlıdır" filmləri İzmir, Uşak və Turqutluda təqdimatı olacaq

Millət vəkili Qənirə Paşayeva və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə heyətinin üzvü Həvva Məmmədovanın həmmüəllifliyi ilə hazırlanmış və Xocalı soyqırımını şahidlərin dili ilə oxucuya çatdıran "Hocalı Soykırımı: Tanıkların dili ile" kitabı fevralın 20-də Uşak və Turqutluda, 21-də isə İzmirdə ictimaiyyətə təqdim olunacaq. Tədbirlərdə kitabın həmmüəllifi millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva da iştirak edəcək. Kitabın Türkiyə türkcəsində nəşr olunmasında məqsəd Xocalı həqiqətlərinin qardaş ölkədə daha geniş təbliği işinə xidmət edir.

Eyni zamanda millət vəkili Qənirə Paşayeva və Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşı Şaiq Aslanovun həmmüəllifliyi ilə hazırlanmış və Qaradağlı soyqırımını şahidlərin dili ilə oxucuya çatdıran "Qaradağlı Soyqırımı şahidlərin dili ilə" kitabının, "Hocalı Soykırımı: tanıkların dili ile" və "Ruhum qarabağlıdır" filmlərinin təqdimatı keçiriləcək.

Hər iki kitabın nüsxələri, habelə filmlər Azərbaycan həqiqətlərinin daha geniş yayılması üçün İzmir, Uşak və Turqutlu şəhərlərinin dövlət qurumlarına, qeyri-hökumət təşkilatlarına, KİV-lərinə, Universitet və kitabxanalarına veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə