"Kadr potensialı haqqında məlumat bankı yaradılacaq"

Azərbaycan gənclərin kadr potensialı haqqında məlumat bankı yaradılacaq
"Kadr potensialı haqqında məlumat bankı yaradılacaq"

"Azərbaycan gənclərin kadr potensialı haqqında məlumat bankı yaradılacaq". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlama verən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, hazırda aidiyyatı dövlət qurumlarının iştirakı ilə həmin məlumat bazası formalaşdırılır. Onun sözlərinə görə, burada məqsəd yalnız dövlət qurumları və geniş iqtisadi müəssisələrdə çalışan gənc menecerlərin, yəni idarəetmədə bacarığı olan müəyyən insanlar barəsində məlumat bazasının formalaşdırılmasından gedir.

Babayev eyni zamanda qeyd edib ki, gələcəkdə bazada adı qeyd olunan insanların bacarıqlarından, dövlət müəssisələrinin bu və ya digər sahələrində, iqtisadiyyatda istifadə edilməsi nəzərdə tutulur: "Vaxtaşırı toplanmış bu məlumat bazası haqqında ictimaiyyətə ətraflı məlumat veriləcək. Hazırda bu məlumat bankı üzərində iş gedir. Bura ictimai və özəl sektorda çalışanlar barədə məlumatlar daxil edilməyəcək. Həmin bazaya çıxış isə yalnız bu kadrlardan istifadə etmək səlahiyyətində olan aidiyyatı dövlət qurumlarında olacaq".

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə