Bu gün Rabitə və İnformasiya Texnologiyaları naziri akademik Əli Abbasov Bakı Ali Neft Məktəbinin qonağı olub. SİA-nın verdiyi xəbərə görə, ali məktəbin rektoru Elmar Qasımov qonağı bu günlərdə tarixi hadisəyə çevrilmiş Azərbaycanın ilk "Azərspace-1" telekomunikasiya peykinin orbitə buraxılması münasibəti ilə təbrik edib. Azərbaycanda aparılan uğurlu iqtisadi siyasətdən danışıb.
Daha sonra çıxış edən Rabitə və İnformasiya Texnologiyaları naziri akademik Əli Abbasov bildirib ki, Bakı Ali Neft Məktəbinin uğurlu təcrübəsindən yeni yaradılmış İnformasiya Texnologiyaları Universitetinin (İTU) quruculuğunda istifadə edcəklər: "Ölkənin inkişafı və gələcəyi onun savadlı gənc kadrlarından asılıdır. İTU-nun yaradılmasının mühüm əhəmiyyət kəsb edən layihədir. Bu ali təhsil müəssisəsinin quruculuğunda BANM-ın uğurlu təcrübəsindən istifadə olunacaq. Azərbaycanın ilk peykinin buraxılması iqtisadiyyatın şaxələndirilməsi, informasiya müstəqilliyinin və təhlükəsizliyiin təmin edilməsi, ölkəmizdə kosmik sənayeninj inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində mühüm addımdır. Bununla yanaşı, kommersiya xarakterli və gəlirli bir layihədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB