"Azərbaycan gəncliyi "2011-2015-ci illərdə Dövlət Proqramı" çərçivəsində Azərbaycanda fərqlənən gənclər üçün Prezident mükafatı təsis olunacaq". SİA-nın xəbərinə görə, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, hazırda mükafatın qaydaları və əsasnaməsi hazırlanır. Əsasnamə dövlət qurumları ilə razılaşdırma mərhələsindədir: "Qaydalara görə, hər il müəyyən sayda elm və təhsil, mədəniyyət və incəsənət, ictimai fəallıq üzrə fərqlənən gənclərin qiymətləndirilməsi nəzərdə tutulur. Yaxşıların-yaxşısının yüksək səviyyədə qiymətləndirilməsi seçimləri çox sərt olacaq. Bu işin həyata keçirilməsi üçün aidiyyatı dövlət qurumları və ictimaiyyət nümayəndələrindən ibarət olan müvafiq seçim komissiyası formalaşdırılacaq. Bu mükafat mütləq şəkildə hər il təqdim olunacaq. Amma hər il yaxşıların-yaxşısının sayı fərqlənə bilər. Əgər ildə 6 nəfərə bu mükafatın verilməsi nəzərdə tutulursa, müəyyən ildə bu fərqli olaraq 5-3-1 nəfər də ola bilər".
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB