Bu gün Bakıda "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nın nəticəyə əsaslanan monitorinqi və qiymətləndirmə strukturunun, habelə göstəricilərinin formalaşdırılması" mövzusunda təlim keçirilib. SİA-nın xəbərinə görə, təlimdə çıxış edən Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, təlim Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi arasında 12 mart 2012-ci il tarixində imzalanmış Anlaşma Memorandumuna əsasən 2012 – 2013-cü illərdə "Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı" adlı birgə layihə çərçivəsində təşkil olunub.
Onun sözlərinə görə, təlimin məqsədi "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı" və müvafiq dövlət siyasəti proqramları üçün daha effektiv monitorinq və qiymətləndirmə sisteminin yaradılması, Dövlət Proqramının monitorinq bacarıqlarının gücləndirilməsi, həmçinin gənclərin inkişafı və milli səviyyədə qəraların qəbulu, icrasında gənclərin iştirakının daha da artırılmasıdır: "Proqramın əsas fəaliyyəti gənclərin ictimai fəallığının artırılması, normativ aktların hazırlanması və digər proseslərdə fəal iştirakına şərait yaratmaqdan ibarətdir. Bir sözlə, yeni layihə çərçivəsində gənclərə yönələn qanunvericilik bazasının formalaşması, gənclərin maraqlarını təmin edən dövlət proqramının monitorinq edilməsi onların üzərinə düşür".
Azərbaycanda BMT İnkişaf Proqramının direktor müavini Nato Alhazişvili isə bildirib ki, beynəlxalq ictimaiyyət Azərbaycanın gənclərə dair dövlət proqramının olmasını yüksək qiymətləndirir və bəzi ölkələr bundan nümunə götürməlidir. Onun sözlərinə görə, nəticələrə əsaslanan monitorinqi qiymətləndirmə mühüm əhəmiyyət kəsb edir. N.Alhazişvili qeyd edib ki, BMT-nin inkişaf proqramı olaraq gəncləri hər zaman dəstəkləməyə hazırıq.
Qeyd edək ki, təlim 2 gün müddətində davam edəcək.
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB