Dilimiz bizim zəngin sərvətimizdir. Hər bir azərbaycanlı bu sərvəti qoruyub saxlamalıdır". SİA-nın xəbərinə görə, jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Qulu Novruzov belə deyib.
Onun sözlərinə görə, əgər dünyada 1000-lərlə xalqın olduğunu nəzərə alsaq və onlardan yalnız 200-ə qədər xalqın dövlətə malik olduğunu qeyd etsək, 9 milyon yarım əhalisi olan Azərbaycanın nə qədər zəngin dilə sahib olmasının şahidi olarıq: "Azərbaycan dili hər zaman qoruyub saxlamalı və inkişaf etdirməli olan dəyərli bir sərvətdir".
Nazir müavini Azərbaycanda "Ana dilimizi sevək, sevdirək" adlı ümumrespublika müsabiqəsi keçirilməsinə də münasibət bildirib. O bildirib ki, hər ötən il tədbirə daha çox iştirakçı qatılır: "Bu il Azərbaycanda 1000-dən artıq məktəbdən 3 minədək şagird tədbirdə iştirak edir. Artıq Azərbaycanın elə bir rayonu, guşəsi yoxdur ki, o məktəblərdən tədbirə qatılmasın. Mən hər dəfə bu tədbirdə iştirak edəndə dilimizin gözəlliyinə, onun nə qədər zəngin dilə malik olduğumuzu bir daha şahidi oluram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB