Bu gün Ermənistanda prezident seçkiləri keçirilib. Bunu nəzərə alan hökumət həftənin birinci günü olmasına baxmayaraq bu günü ölkədə qeyri-iş günü elan edib. Mərkəzi seçki komisiyasından isə bildirilib ki, artıq seçki qutuları və bülletenlərlə bağlı bütün problemlər həll olunub və namizədlər, Bagratyan Hrant, Hayrikyan Paruyr, Raffi Ovanesyan, Andreas Qukasyan, Arman Melikyan, Serj Sarqsyan və Setrakyan Vardanın adı müvafiq olaraq əlifba siyashısı ilə ardıcıl düzülüb.
Seçki məntəqələrində səsverməyə gəlincə, məntəqələr yerli vaxtla 8:00-da açılıb və prosses axşam saat 20:00-dək davam edib. Ermənistan qanunlarına görə, prezident olmaq istəyən şəxs seçicilərin 51 faizinin səsini toplamalidir. Siyasi müçahidəçilər isə hazirki prezident Serj Sarqsyanın daha şanslı olduğunu düşünür. Bunun səbəblərindən biri seçkiyə daha nüfuzlu erməni siyasətçilərin qatılmamasıdır.
Digər səbəb isə ölkənin ən böyük müxalifət partiyası, Erməni Milli Kongresinin seçkini baykot etməsidir. Məlumat üçün bildirək ki, seçki prossesini izləmək üçün 26 yerli təşkilatdan 6 min 251müşahidəçi və 12 ölkədən, o cümlədən beynəlxalq təşkilatlardan 632 xarici müşahidəçı Ermənistandadır. Seçkini gedişatına sabah rəsmi münasibət açiqlanacaq. Hər halda ATƏT nümayəndələri bu qənaətə gəlib.
ATƏT PA-nın müşahidə missiyasının rəhbəri Tonino Pikula bildirib ki, iki günlük məsləhətləşmələrdən sonra müşahidəçilər təbliğatların seçki günü prosedurlarına uyğun yekunlaşıb-yekunlaşmadığı ilə bağlı yoxlamalar aparmaq qərarına gəlib: "Əlbəttə, sabah həm seçki günü, həm də təbliğatlarla bağlı əlimizdə daha ətraflı məlumat olacaq. Yerli və beynəlxalq ictimaiyyəti sabah saat 11-də keçirəcəyimiz mətbuat konfransında məlumatlandıracağıq".
Bu arada Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyanın seçkidə istifadə olunan mürəkkəblə bağlı iradlara sərt münasibət bildirməsinin səbəbi məlum olub. Onun son 10 ildə xüsusi mürəkkəb sayılan maddəni eyni ingilis şirkətindən aldıqları və bu mürəkkəbin qüsursuz olması barədə açıqlamaları təsdiqini tapmayıb.
Məlum olub ki, son parlament seçkilərində olduğu kimi gətirilən mürəkkəblər saxta imiş. Belə ki, hər bir seçicinin pasportuna vurulan mürəkkəb 12 saat qalmalı olduğu halda sənəddə ancaq 10-15 dəqiqə qalır və rahatlıqla silinir. Bu isə eyni seçicinin 2 və daha artıq seçki məntəqəsində səs verməsinə şərait yaradır. Onu da bildirək ki, müxtəlif seçki məntəqələri üçün nəzərdə tutulmuş seçki siyahılarında eyni ad, soyadlı çoxluğu diqqət çəkir.
Ermənistandan gələn son məlumatlara görə, seçki dairələrindən birinin əməkdaşları gizli yolla seçki qutularını saxta bülletenlərlə doldurub. Məlumatı namizədlərdən biri Raffi Ovanesyanın seçki qərargahı artıq təsdiqləyib. Qeyd edək ki, bu gün ermənilər 41 seçki dairəsində 1988 seçki məntəqəsində səs verib. Ölkədə seçici siyahılarına görə səs verməli olanların sayı isə 2 milyon, 505 min 980 nəfərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB