Heydər Əliyev Mərkəzinin loqosu açıqlandı

Heydər Əliyev Mərkəzinin loqosu açıqlandı

Heydər Əliyev Mərkəzinin loqosu, korporativ rəngi və şüarı açıqlanıb. Mərkəzin loqosunun rəngi - gümüşü rəng özündə bütün maneələri aşmağı, hədəfə doğru addımları ehtiva edir. Gümüşü rəng liderlik, mübarizə, dinamika, müdriklik, şəffaflıq, inkişaf və innovasiya rəmzidir.

Loqonun xətləri Heydər Əliyev Mərkəzinin binasının anlamı ilə həmahənglik yaradaraq Azərbaycanın regionda liderliyini, beynəlxalq aləmdəki birincilik uğrunda hədəflərini, ölkədəki dinamik inkişafı və aydın sabahı, keçmişin ənənələrini, vətənə, xalqa bağlılığı yaşatmaq kimi dəyərlərlə gələcəyə addımlarını xarakterizə edir.

Loqo Mərkəzin üzərinə qoyulan vəzifələrin rəmzi təsviri olmaqla, milli və bəşəri dəyərlərin, dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülməsi şüarını da tərənnüm edir. Azərbaycanın keçmişdən gələcəyə doğru baxışlarını, Azərbaycandakı tərəqqini simvolizə edir. Mərkəzin şüarı isə "Gələcəyə dəyərlər"dir.

Bütün xəbərlər Facebook səhifəmizdə