“Alfa Ekstrim–Bakuriyani” düşərgəsi keçirilib

“Alfa Ekstrim–Bakuriyani” düşərgəsi keçirilib

"Qan Donorları Assosiasiyası" İctimai Birliyi, Marneuli Gənclər Mərkəzi, "İRƏLİ" İdman Mərkəzi və "İRƏLİ" Tibb Klubunun birgə təşkilatçılığı ilə 10-15 fevral tarixlərində Gürcüstanın Bakuriyani şəhərində gənclər üçün "Alfa Ekstrim–Bakuriyani" və "Qan donorluğunda şəbəkələşmə" düşərgəsi keçirilib.
İctimai Birlikdən SİA-ya verilən məlumata görə, layihədə gənc donorlar və donorluğa marağı olan 18-29 yaş arası şəxslər iştirak ediblər.
Düşərgə müddətində iştirakçılara Qan donorluğu, Sağlam həyat tərzi, ekstremal şəraitdə yaşama üsulları və digər mövzularda təlimlər keçirilib.
Düşərgədə Gürcüstanda yaşayan Azərbaycanlı gənclər də iştirak ediblər. Eyni zamanda layihə iştirakçıları Gürcüstanın Marneuli şəhərinə ekskursiya edib və Marneuli Gənclər Mərkəzi ilə yaxından tanış olublar.

Layihənin əsas məqsədi gənclər arasında donorluq ideyası və sağlam həyat tərzinin təbliği, gənc donorlardan ibarət şəbəkənin yaradılması, donor olan gənclərin mövzu ilə bağlı biliklərinin artırılmasından ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə