"Rüstəm İbrahimbəyov və Əkrəm Əylisli pula satılıblar"

Mirkazım Seyidov: "Əkrəm Əylisliyə dəstək olan ziyalılar da elə onun tayıdır"
"Rüstəm İbrahimbəyov və Əkrəm Əylisli pula satılıblar"

"Ziyalılar Forumu"ndakı "ziyalılar"dan və ya digərlərindən Əkrəm Əylisliyə dəstək veriləndə mən həmin şəxslərin ziyalı olmasına şübhə etdim". SİA-ya açıqlamasında politoloq Mirkazım Seyidov belə deyib.

Onun sözlərinə görə, Əkrəm Əylislinin daxilindəki vətəndaşlıq mövqeyindən uzaq düşmək duyğusu bu gün də cəmiyyətdə ikrah hissi ilə qarşılanır: "Onun 1970-ci illərdə yazdığı əsərlərdə də qeyri-obyektiv mövqe, milli maraqlardan imtina və vətəndaşlıq mövqeyinə xələl gətirmək kimi fikirləri öz əksini tapıb. Bundan başqa 1988-1990-cı illərdə Dağlıq Qarabağın Ermənistana verilməsinə tərəfdar kimi çıxış edənlərdən biri də məhz Əkrəm Əylisli olmuşdu. Bu gün həmin "ziyalılar" ona dəstək vermək əvəzinə öz dövlətçilik mövqelərini, milli maraqlar barəsində nümunəvi fikirləri qoruyub saxlamalı, vətəndaşlıq mövqelərini ortaya qoymalıdırlar. Dövlətçilik, milli maraqlar və vətəndaşılıq mövqelərindən hər hansısa birinin çatışmazlığı o insanın ziyalı kimi formalaşmasına imkan yaratmır. Əgər bu gün bəzi ziyalılar Əkrəm Əylislinin mövqeyini müdafiə edirlərsə deməli elə onlarda vətəndaşlıq mövqeyini itirmiş Əkrəm Əylislidən heç də fərqlənmirlər, onların etdiyi hərəkətlər arasında heç bir fərq yoxdur".

Əkrəm Əylislinin yazdığı "Daş yuxular" əsərinə çəkiləcək filmə də münasibət bildirən politoloq deyib ki, adı çəkilən əsər uzun müddətdir ki, mövcuddur. Lakin əsərin məhz indi çap olunması isə bunun siyasi bir sifariş olduğundan xəbər verir: "Əsərin çap olunmasında marqlı olan üçüncü qüvvə Rusiyadır ki, onların təsiri ilə Azərbaycanda hakimiyyətə qarşı qeyri-stabil şəraitin yaradılmasına, ictimai siyasi sabitliyin pozulmasına cəhd göstərilir. Adətən seçkilər ərəfəsində bu kimi neqativ hallar meydana çıxır. Bu gün də daxildə olan düşmələrimiz planlaşdırılmış şəkildə bu kimi ssenariləri qururlar və Azərbaycanda hansısa bir qeyri-stabillik yaratmağa çalışırlar. Lakin yanılırlar, çünki "Ziyalılar Forumu"nun arxasında müxalifət dayanır. Hansı ki, bu müxalifət 20 ildir nəsə etməyə çalışır və bacarmır. Elə bu səbəbdən də "Ziyalılar Forumu"nun səyləri heç bir nəticə verməyəcək".

Çəkiləcək filmin rejissorunun Rüstəm İbrahimbəyov olacağı barəsində yayılan məlumatlara da münasibət bildirəm Mirkazım Seyidov deyib ki, qeyri- legitim bir İctimai Palataya üzv olan, onu dəstəkləyən bir insanın ziyalı olması məndə şübhə yaradır: "Əgər həqiqətən "Daş yuxular" əsərinə çəkiləcək filmin rejissoru Rüstəm İbrahimbəyov olacaqsa artıq cəmiyyətdə ona qarşı nifrət daha da artacaq. Çünki bu gün ermənilər yenidən öz əlimizlə bizi vurmağa başlayıblar. Azərbaycanlı olan birinin isə onlara yardım etməsi çox dəhşətli bir haldır. Əgər Rüstəm İbrahimbəyov və Əkrəm Əylisli ermənilərə Azərbaycan həqiqətlərini saxtalaşdırmaqda yardım edərlərsə deməli onlar külli miqdarda pula satılıblar".

Bütün xəbərlər Facebook səhifəmizdə