Erməni seçici “Rejimə yox” dedi və bülleteni yedi

Erməni seçici “Rejimə yox” dedi və bülleteni yedi

Ermənistan vətəndaşı İrəvandakı 2/8 saylı seçki məntəqəsində "Rejimə yox" şüarını qışqırıb və seçki bülletenini yeyib. SİA iLur.am saytına istinadən xəbər verir ki, seçki məntəqəsinə gələn seçici məntəqəyə daxil olub, bülleteni götürüb, konvertə möhür vurulub və bundan sonra "Rejimə yox", "Tiqran Arakelyana azadlıq" deyə qışqırmağa başlayıb. Bundan sonra vətəndaş konverti açıb, bülleteni cırıb və etiraz əlaməti olaraq onu yeyib.

Hadisə baş verən zaman Böyük Britaniyanın vitse-səfiri də seçki məntəqəsində olub.

Bütün xəbərlər Facebook səhifəmizdə