Yeni dayanacaqlar quraşdırılır

Gəncə şəhərində intellektual idarəetmə sistemi ilə idarə olunan yeni dayanacaqlar quraşdırılır. Bu barədə SİA-nın bölgə müxbirinə Dövlət Avtomobil Xidmətinin Gəncə 1 saylı Məhdud Məsuliyyətli Cəmiyyətindən məlumat verilib. Açıqlanan məlumata əsasən, ilkin mərhələdə 30-a yaxın qeyd olunan dayanacağın quraşdırılması nəzərdə tutulur.

Mərkəzləşdirilən informasiya bloku əsasında fəaliyyət göstərəcək yeni dayanacaqlara xüsusi monitorlar quraşdıralacaq. Nəticə etibarı ilə sərnişinlər avtobusların hərəkət qrafikini, interval fərqlərini, hərəkət sxemlərini, yaxınlıqdakı digər dayanacaqlar haqda məlumat əldə edə biləcək.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə