İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə Gəncə şəhərində Qafqazda analoqu olmayan ət kəsimi kompleksinin birinci mərhələsinin tikintisi artıq yekunlaşmaq üzərədir. Layihəni icra edən sifarişci şirkətin maliyyə direktoru Səbuhi Cahangirovun SİA-nın Qərb bürosuna verdiyi məlumata görə, ət kəsimi və emalı sexində tikinti işlərinin ilk mərhələsi sona çatmaq üzrədir.

Qeyd edək ki, müəssisənin istifadəyə verilməsi ilə kompleksdə saatda 150 iri, 400 xırda buynuzlu heyvanların və 2500 baş toyuq məhsullarının kəsimi həyata keçiriləcək. Kəsim kompleksi Almaniya və Türkiyə dövlətlərindən gələn mütəxəssislər tərəfindən inşa olunur.

"Ət kəsimi prosesi islam dininin tələbləri çərçivəsində şəriət qaydaları əsasında həyata keçiriləcək. Eyni zamanda kompleksdə iri həcmli laboratoriya da yaradılıb ki, bu da məhsulların keyfiyyətinə ciddi nəzarət etməyə imkan verəcək," -deyə S.Cahangirov bildirib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...