Seçki məntəqəsində bülletenlərin kütləvi şəkildə qutulara atılması faktı var
Ermənistanda keçirilən prezident seçkiləri özünün saxtakarlığı ilə tarixə damğasını vuracaq. SİA-nın Ermənistanın "Media sentr" saytına istinadən verdiyi məlumata görə, seçki məntəqəsində "İRS" partiyasından olan müşahidəçi Mariam Paluçyan qanunsuzluqların olduğunu təsdiq edib. Müşahidəçi bildirib ki, birdəfəyə 3-4 bülleten atan "seçici" barəsində Mərkəzi Seçki Komissiyasına məlumat verilib.
"Seçki saxtakarlığı olub. Amma seçki məntəqəsində hakim partiyanın namizədinin xeyrinə olan bu hərəkəti "saxtakarlığa cəhd" kimi jurnalda qeydə alıblar. Görünür bunlara belə sərf edir", - deyə M.Paluçyan bildirib.
"İRS" partiyasının namizədi Raffi Ovannisiyanın səlahiyyətli nümayəndəsi Gevorq Kotancyan qeyd edib ki, fakt jurnalda yalnız saxtakarlığa cəhd kimi qeydə alınıb: "Məntəqədə olan və əksəriyyəti Sarkisyanın qələbəsi üçün çalışan müşahidəçilərdən yeddisi Paluçyanı dilə tutur, ona təzyiq edirlər ki, saxtakarlığq faktını inkar etsin, onu qeydə almasın".
Ovannisyanın partiyasının mətbuat katibi bildirib ki, Karadzor kəndində də komissiyanın "İRS"-dən olan üzvü Narek Matinyan saxtakarlığın olduqunu qeydə alıb və bütün bunlara kəndin icra nümayəndəsi Araik Matinyan tərəfindən rəhbərlik edildiyini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB