Bu gün Əl-Küveyt şəhərində burada akkreditə olunmuş Azərbaycan və Ukrayna səfirliklərinin təşəbbüsü ilə turizm şirkətləri və kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, təqdimat mərasimində Azərbaycanın və Ukraynanın turizm potensialı, həmçinin tarixi, mədəniyyəti, iqtisadiyyatı, memarlıq abidələri, mətbəxi, qonaqpərvərliyi haqqında ətraflı məlumat verilib. Mərasimdə əsas məqsəd Küveytdə fəaliyyət göstərən kütləvi informasiya vasitələri və turizm şirkətləri vasitəsi ilə Azərbaycan və Ukraynaya daha çox küveytli turistlərin cəlb edilməsi idi. Tədbirdə Azərbaycanın Küveytdəki səfiri T.Rzayev və Ukraynanın səfiri Vladimir Tolkaç çıxış ediblər. Daha sonra Azərbaycanı təqdim və təbliğ edən "Welcome to Azerbaijan" adlı altı dəqiqəlik videoçarx nümayiş etdirilib və ölkəmizdə fəaliyyət göstərən mehmanxanalar barədə məlumat verilib. Hər iki ölkə səfirliklərinin konsulları Azərbaycan və Ukraynaya getmək istəyən turistlər üçün viza rəsmiləşdirilməsi qaydaları barədə sualları cavablandırıb.
Tədbir zamanı iştirakçılar arasında lotereya oyunu keçirilıb və qaliblərə "FlyDubai" və "Türk Hava Yolları" şirkətlərinin Bakıya və Kiyevə ödənişsiz bileti və Bakıdakı "Sheraton", Kiyevdəki "İntercontinental" otellərinin vauçerləri təqdim olunub.
Qeyd edək ki, Azərbaycan və Ukrayna səfirliklərinin təşkil etdikləri bu tədbir Küveyt mətbuatı tərəfindən geniş işıqlandırılıb, və Küveytin KTV-2 telekanalında reportaj verilib, eyni zamanda "Əl-Nahar", "Əl-Siyasə" və ingilisdilli "Kuwait Times", "Arab Times" qəzetlərində öz əksini tapıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB