Rəbiyyət Aslanova niyə narazıdır?

Rəbiyyət Aslanova niyə narazıdır?

"Azərbaycanda məişət zorakılığının aradan qaldırılması üçün ciddi tədbirlər görülür və bu işlər gələcəkdə də davam etdiriləcək". SİA-nın xəbərinə görə, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, millət vəkili Rəbiyyət Aslanova "Azərbaycan Respublikasında məişət zorakılığı qurbanı olan qadınların sosial-iqtisadi cəhətdən səlahiyyətləndirilməsi və gender məsələləri üzrə maarifləndirilməsi" layihəsinin təqdimat mərasimi zamanı çıxışında belə deyib. Onun sözlərinə görə, son vaxtlar dövlət orqanları və qeyri-hökumət təşkilatlarının məişət zorakılığı probleminə diqqət ayırması bu məsələyə diqqətin artmasına dair ciddi xəbərdarlıqdır.

Millət vəkili bir sıra media orqanlarında zorakılıqla bağlı mütəmadi və gündəlik məlumatların verilməsindən şikayətlənib: "Bu gün mediada qadına qarşı zorakılıqla bağlı müxtəlif məlumatlar dərc olunur, bundan əlavə, Azərbaycan gerçəkliyini təhrif edən məlumatlar verilir. Öz etik davranışına, professional məsuliyyətinə inanan insanlar belə məlumatları verməməli və Azərbaycan ailəsini dünyaya belə formada təqdim etməməlidir. Azərbaycan ailəsi yalnız belə halları rəhbər tutan, öz yaxınlarına qənim kəsilənlərin birliyi deyil. Azərbaycanda gözəl ailələr də var və onlar daha çox dünyaya yüksək formada təqdim edilməlidir. Bu baxımda saytlarda və ayrı-ayrı qəzetlərdə zorakılıqla bağlı halların manşetlərə çıxarılması düzgün deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə