"Park Bulvar" Ticarət və Əyləncə mərkəzində "İRƏLİ" İctimai Birliyi, "Leykemiya ilə mübarizə" İctimai Birliyi, "Qan Donorları Assosiasiyası" , Ümid.az Xeyriyyə forumu və Park Bulvar AVM-nin birgə təşkilatçılığı ilə "15 fevral - Dünya Uşaq Xərçəngi Günü"nə həsr olunmuş xeyriyyə konserti təşkil olunub. İctimai Birlikdən SİA-ya verilən məlumata görə, tədbirdə "İRƏLİ" İctimai Birliyinin baş katibi N.Məmmədova çıxış edərək bu cür layihələrin keçirilməsini yüksək qiymətləndirib. Nərmin Məmmədova qeyd edib ki, tədbirin məqsədi gəncləri leykemiya xəstəliyi barədə məlumatlandırmaqdır.
"Leykemiya xəstələrinə dəstək" layihəsinin rəhbəri Dünya Fərzəliyeva bu xəstəlik barədə ətraflı məlumat verib və qeyd edib ki, "Leykemiya həftəsi" adı altında silsilə tədbirlər keçirilir. "Leykemiya ilə mübarizə" İctimai Birliyinin rəhbəri Mehriban Bağırova xəstəliyə qarşı mübariz olmağı tövsiyyə edib və tədbir iştirakçılarına öz minnətdarlığını bildirərək hər kəsi kampaniyaya qoşulmağa dəvət edib.
Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov xeyriyyə layihələrinin çox vacib olduğunu vurğulayıb. Fuad Əsgərov qeyd edib ki, bu gün bu xəstəlikdən əziyyət çəkən uşaqların daim dəstəyə ehtiyacı var və bu xəstəliklə mübarizəyə hər kəs qatılmalıdır.
Tədbirdə "Leykemiya xəstələrinə dəstək" adlı videoçarx nümayiş edilib, könüllülər tərəfindən paytaxt sakinlərinə leykemiya haqqında məlumatlandırıcı bukletlər paylanılıb.
Həmçinin uşaqlara dəstək olmaq üçün xeyriyyə mücrüsü də təşkil edilib və hər kəs gücü çatan qədər mücrüyə pul atıb.
Sonda tanınmış müğənnilər Nura Suri, Əbdül Xalid, Pərviz Abdullayev, Günay İbrahimli, bəstəkar Ülviyyə Vəliyevanın rəhbərlik etdiyi "Butterflies" qrupu və digər sənət adamları iştirak edərək öz ifaları ilə uşaqlara dəstək olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB