Azərbaycanın ən böyük gənclər təşkilatlarından biri olan "İRƏLİ" İctimai Birliyi beynəlxalq sahədə əməkdaşlığını genişləndirməkdə davam edir.
"İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev Pyatiqorsk şəhərində səfəri çərçivəsində şəhərin meri Lev Tranevlə görüşüb.
İctimai Birlikdən SİA-ya verilən məlumata görə, görüşdə birgə fəaliyyət planı müzakirə edilib. Qeyd olunub ki, mədəniyyətlərarası və millətlər arası dialoqa yönəlmiş real layihələr birgə əməkdaşlığa daxildir. Həmçinin internet radio, internet televiziyanın yaradılması haqda da müzakirələr aparılıb. Pyatiqorsk şəhərinin başçısı sosial şəbəkələrdən, internetin bütün incəliklərini əhatə edə bilmək imkanı, bacarığı müsbət göstəricidir deyə qeyd edib: "İnternet hazırki dövrümüzdə rahatlıq, özünəgüvən, məşhurluq anlamlarını ifadə edir".
Görüşdə qarşı tərəf "İRƏLİ"nin internet imkanları biliklərindən, internet televiziya, internet radio yaradılması təcrübəsindən yiyələnmək istəyini qeyd edib: "Bu gün baxsaq görürük ki, "İRƏLİ"nin sosial şəbəkələrdə aktivliyi bu günün uğur göstəricisidir" .
"İRƏLİ" sədri Rauf Mərdiyev qeyd edib ki, "İRƏLİ" hər zaman təşəbbüslərə açıqdır: "Əsas olaraq gənclər bu işdə istəkli olmalıdırlar. Hər kəs özünün parlaq ideyaları ilə bizə müraciət edə bilər. İnternet imkanlarından düzgün şəkildə istifadə fəaliyyət üçün yaxşı göstəricidir".
Eyni zamanda "İRƏLİ"nin sədri və birliyin Nəzarət Təftiş Komissiyasının sədri Xaqani Fərəcov "Fəal nəsil" forumunda iştirak ediblər. Forumda "İRƏLİ" İctimai Birliyinin təqdimatı keçirilib və Azərbaycan gənclər siyasəti barədə forum iştirakçılarına ətraflı məlumat verilib. Təqdimat və çıxışlardan sonra R.Mərdiyev iştirakçıların suallarını cavablandırıb.
Qeyd edək ki, səfər çərçivəsində 12 fevral tarixində Rusiya Federasiyasının Stavropol diyarının Pyatiqorsk şəhərində "İRƏLİ" İctimai Birliyinin sədri R. Mərdiyev və Rusiyanın ən böyük gənclər təşkilatlarından biri olan Rusiya Gənclər İttifaqının (RSM) sədri Pavel Krasnoruçkiy arasında uzunmüddətli əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB