"Onun mövqeyinin daha da möhkəmləndirilməsi üçün üzərimizə düşən vəzifəni yerinə yetirməliyik"
Müsahibimiz Milli Məclisin vitse-spikeri Bahar Muradovadır
- Bahar xanım, Prezident İlham Əliyevin sədrliyi ilə 2009-2013-cü illər "Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın dördüncü ilinin yekunlarına həsr olunmuş müşavirənin əhəmiyyətini və orada müzakirə olunan məsələləri necə dəyərləndirirsiniz?
- Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən müşavirədə ölkə başçısı Dövlət Proqramı çərçivəsində görülən işləri, əldə edilən müsbət uğurları çox yüksək qiymətləndirdi, qarşıda duran vəzifələr, planlar barədə müəlimat verdi. Eləcə də, bu prosseslərdə baş verən insani keyfiyyətləri də diqqətdən kənarda qoymadı. Dövlət orqanlarının fəaliyyətində, ayrı-ayrı qurumların bəzi rəhbər şəxslərinin və onların ailə üzvlərinin insanları narahatedici məqamlarını Prezidentin açıq, sərt mövqeyinin ortada olması, bütün vətəndaşları razı saldığı kimi, əlbəttə, məni də qane etdi. Mən bu istiqamətdə cənab Prezidentin fikirlərini, mövqeyini dəstəkləyirəm və bundan sonra da atacağı addımları qabaqcadan dəstəkləyəcəyimi bildirirəm. Hesab edirəm ki, biz hamımız cənab Prezidentin yanında olmalıyıq, Onun mövqeyinin daha da möhkəmləndirilməsi üçün üzərimizə düşən vəzifəni yerinə yetirməliyik. Ölkə başçısı məmurların qarşısına ciddi vəzifələr qoydu və onların yerinə yetirilməsi üçün yollar da göstərdi. Mən inanıram ki, bəzi məmurlar bu iradlardan, tənqidlərdən ciddi nəticə çıxaracaqlar, qısa müddətdə bu kimi nöqsanlar aradan qaldırılacaq. Azərbaycan Prezidentinin yeritdiyi siyasətin, xüsusilə də, sosial-iqtisadi sahədə yeridilən siyasətin əsas hədəfi olan insan amili və bütün bu siyasətin mərkəzində dayanan Azərbaycan insanının həyatı, rifahı, onun təhlükəsiz yaşaması, həyatını qanun çərçivəsində qura bilməsi üçün lazım olan bütün addımlar atılacaq. Qısa müddətə bu nöqsanlar aradan qaldırılacaq.
- Bahar xanım, cənab Prezident yerlərdə bəzi icra orqanlarının sahibkarlara, onların işlərinə yaratdıqları süni maneləri tənqid etdi və bu problemin aradan qaldırılması üçün müvafiq göstərişlərini verdi. Sizcə, bu addım bir daha cənab Prezidentin sahibkarlığın inkişafında bilavasitə maraqlı olduğunun göstəricisi sayıla bilərmi?
- Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı çox ciddi naliyyətlərə imza atılb. Sahibkarlar müvafiq dövlət qurumları ilə birlikdə nəinki Azərbaycanda, eləcə də, xaricdə həyata kecirilən layihələrdə yaxından iştirak edirlər. Cənab Prezidentin Azərbaycan dövləti üçün sahibkarlıq subyekti ilə, xüsusilə, dövlət qurumu arasında hansısa bir fərqin olmadığını, ona olan münasibətdə də fərqin olmadığını söylədi. İnkişaf etməkdə olan və daha çox inkşaf etmək imkanı olan bu təbəqənin problemlərinin həllinə də dövlət tərəfindən ciddi diqqət yetirilir. Müvafiq qurumların qarşısına bu vəzifəni qoydu ki, sahibkarlara, onların işinə mane olmaq yox, əksinə, dəstək olmaq lazımdır. Əsas odur ki, bu təbəqə azad və şəffaf şəkildə öz fəaliyyətini davam etdirə bilsin. Hesab edirəm ki, bu, çox ciddi bir çağırış idi. Burada olan nöqsanları aradan qaldırmaq üçün tədbirlər görülməlidir. Rayon icra hakimiyyəti başçılarının qarşısına vəzifə qoyulub ki, sahibkarlığın inkşafı üçün hər cür kömək göstərilsin, bütün nöqsanlar aradan qaldırılsın. Hər zaman olduğu kimi, bu dəfə də Prezidentin çağırışının yüksək səviyyədə yerinə yetiriləcəyinə əminəm və inanıram ki, qısa müddətə bu nöqsanlar ardan qaldırılacaq.
- Müşavirə zamanı Prezident bəzi məmurların fəaliyyətini, onların ailə üzvlərinin hərəkətlərini tənqid etdi. Dövlət başçısının açıq, şəffaf idarəetməyə malik söyləmək olar. Siz bu barədə nə düşünürsünüzmı?
- Azərbaycanda həm Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dönəmində, həm də cənab İlham Əliyevin Prezidentliyi zamanında hər zaman müşavirələrdə açıq, şəffaf mövqe göstərilib. Hər zaman nöqsanlar ciddi şəkildə tənqid edilib. Hər bir dövlət məmurunun vəzifələrini layiqincə yerinə yetirməsi üçün lazımi tədbirləri görülüb. Məhz onun nəticəsidir ki, Azərbaycan bu gün böyük uğurlara imza atıb. Açıq şəkildə qeyd edirlər ki, Azərbaycan dünyada gedən iqtisadi böhrana rəğmən digər ölkələri bürümüş qeyri-sabitlik şəraitindən fərqli olaraq çox sabit, çevik və ardıcıl bir proses yaşayır. Bütün bunlar isə düzgün siyasətin nəticəsidir. Qeyd edim ki, məmurların və onların ailə üzvlərinin özlərini təvözakar aparması, insanlarla rəftarında, davranışında müəyyən çərçivələrə əməl etməsi olduqca vacibdir. İnsanları dövlətdən narazı salan hərəkətlərə yol verilməməlidir. Hesab edirəm ki, bu məsələdə cənab Prezident kifayət qədər ciddi mövqe sərgilədi, çox açıq şəkildə nöqsanlara qarşı barışmaz olduğunu və hər bir kəsin bu tələblər çərçivəsində fəaliyyət göstərməyəcəyi təqdirdə cəzalandırılacağını açıq şəkildə söylədi. Azərbaycan vətəndaşları tərəfindən, mənim görüşdüyüm seçicilərim və zəng edən insanlar bu məsələ ilə bağlı cənab Prezidentin mövqeyini dəstəklədiklərini bildirirlər. Hesab edirəm ki, bu qədər açıq münasibət ortaya qoyulduğu halda, hər hansı sahələrdə təzahürlər formasında ortaya çıxan bu nöqsanları aradan qaldırmaq çətin olmayacaq. Çünki məmurların əksəriyyətinin yüksək keyfiyyətə malik, peşəkar öz işini bilən və səlahiyyətləri çərçivəsində vəzifələrini həyat keçirən insanlar olduğunu nəzərə alsaq, bu balaca nöqsanlar aradan qalxacaqdır. Mənə elə gəlir ki, cənab Prezident bu məsələ ilə bağlı kəskin mövqeyini ortaya qoymaqla həm də cəmiyyətdə müəyyən probelemlərlə üzləşən insanların fikirlərini ifadə etdi. Prezidentimizin sözlərini ünvanladığı şəxslərin az vaxtı var ki, öz hərəkətlərində dəyişikliklər etsinlər və həmin tapşırıqları yerinə yetirsinlər.
- Ölkəmizdə geniş quruculuq işləri aparılır, iqtisadi uğurlara imza atılır. Həm iqtisadi, həm də siyasi uğurlarımıza xələl gətirmək istəyən və ictimai-siyasi sabitliyimizi pozmaq istəyən qüvvələr də mövcududur. Belə insanlar məkrli planları ilə bu uğurlarımıza xələl gətirə bilərlərmi?
- Azərbaycan artıq 20 illiyini geridə qoyub. Bu qısa müddət ərzində çox böyük uğurlara imza atıb. Dünyanın sayılan, seçilən ölkələrindən birinə çevrilmişik. Dünyanın ən mötəbər qurumlarında söz sahibiyik. Həm iqtisadi, həm də siyasi cəhətdən sayılıb seçilən ölkəyik və öz mövqeyimizi də münasibətdə olduğumuz digər ölkələrə, təşkilatlara açıq şəkildə ifadə edirik. Özümüzə qarşı olan hansısa təzyiqləri dırnaqarası münasibətləri qəbul etmirik və ölkə başçısı İlham Əliyevin də vurğuladığı kimi, böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, hər bir dövlətlə tərəfdaş kimi çıxış edirik. Dövlətimizə qarşı da bu münasibəti tələb edirik və hesab edirik ki, bu tələbimizdə haqlıyıq. Çünki ölkəmiz bu illər ərzində düzgün siyasətlə idarə olunub. Azərbaycanın bütün sərvətləri həm ölkənin inkişafı üçün, həm də dünyada olan problemlərin aradan qaldırılmaıs üçün səfərbər olunub. Bu proses isə bu illər ərzində zəhmətlər, səylər bahasına başa gəlib. Bu prosesdə isə bizə hər kəs kömək etməyə çalışmalıdır. Həm ölkə içərisində, həm də ölkədən kənardakı qüvvələr bu layihələrin qarşısını almağa və onların uğurla nəticələnməsinə mane olmağa, ölkədəki ictimai-siyasi sabitliyi pozmağa, vətəndaş birliyinin, vətəndaşla prezidentin vəhdətini pozmağa çox böyük səylər göstəriblər. Lakin bütün bunlara baxmayaraq, biz öz müstəqilliyimizi qoruyub saxlaya bildik və müstəqil siyasət yürüdən ölkə kimi çıxış edirik. Ölkəmizin və xalqımızın maraqlarını həmişə yüksəkdə tuturuq. Hər hansı bir dövlətin təzyiqlərinə əsaslanıb, fikrimizi dəyişmirik. Eyni zamanda, maraqlarına şərik olduğumuz dövlətlərin, dairələrin maraqlarını uzlaşdırmağı bacarırıq. Bu siyasət isə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Biz daimi bu yolla gedirik və inkişaf edirik. Bizim inkişafımıza mane olan şəxslər, yaxşıya pis deyən müxalifət və yaxud adlarını "ziyalılar" qoyan şəxslər ölkəmizə və xalqımıza heç bir ziyan vura bilməz. Bu gün Azərbaycanın inkişafına qoşulmaq, onu dəstəkləmək lazımdır. Bütün azərbaycanlıları bu inkişaf prosesinə qoşulmağa və bu uğurlardan bəhrələnməyə çağırıram .
Ruqiyyə Cəfərova,
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB