Lənkəranlı gənclər də “Səslərimizi duyuraq - biz xalqıq” aksiyasına qoşulub

Lənkəran gəncləri Ağ Evin rəsmi saytında Qarabağ həqiqətləri və Xocalı soyqırımı ilə bağlı aparılan səsverməyə qoşulub. Aksiya fevralın 25-nə kimi davam edəcək. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, lənkəranlı gənclər "Səsimizi duyuraq - biz xalqıq" səsvermə kompaniyasına başlayıblar.

Ağ Evin rəsmi saytında Qarabağ həqiqətləri və Xocalı soyqırımı ilə bağlı aparılan səsverməyə qoşulan Lənkəran gənclərinin məqsədi fevralın 25-dək 15 min səs toplamaqdır. Lənkəran Təhsil Şöbəsinin əməkdaşı Zaur Ağazadə əməkdaşımızla sğhbətində bildirib ki, Lənkəran məktəbləri, ümumilkdə Lənkəran gəncliyi bu kompaniyaya birgə hazırlaşmışlar. 15 gün ərzində bu kompaniyada 15 min səs toplamaq planlaşdırılıb. Fevralın 10-da başlanan aksiyaya Lənkəran Təhsil Şöbəsinin 89 tam ümumtəhsil məktəbinin şagirdləri də fəal surətdə qoşulublar.

Artıq aksiya çərçivəsində 10 minə yaxın səs toplanıb. Kompaniyanı keçirməkdə lənkəran gənclərin məqsədi dünya ictimayyətinin diqqətini bir daha ermənilərin törətdiyi Xocalı soyqrımına yönəltməkdir.

Qeyd edək ki, aksiya fevralın 25-nə kimi davam edəcək.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə