Bəxtiyar Sadıqov: "Rüstəm İbrahimbəyova yaxşı qonorar verəcəklər"

“Kinorejissor” Ermənistanda "Daş yuxular" filmini çəkəcək
Bəxtiyar Sadıqov: "Rüstəm İbrahimbəyova yaxşı qonorar verəcəklər"

Rüstəm İbrahimbəyovun "Daş yuxular" ssenarinə sərt təpki

Rüstəm İbrahimbəyov "Daş yuxular" "əsər"i əsasında film çəkmək və onu dünya miqyasına çıxartmaq istədiyi barədə informasiya yayılanda mən bundan heç də təəccüblənmədim. Bunu "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov deyib.

Millət vəkili bildirib ki, Əkrəm Naibovun Azərbaycan xalqının milli mənafeyinə xəyanət edən, aşağılayan, qəddarlıqda ittiham edən "Daş yuxular" əsərindən Eldar Namazovun dəstəsinə daxil olanların əvvəlcədən xəbəri olub. Onlar bu "əsəri" çap variantında əvvəlcədən oxuyublar. Hətta onlar bu məsələ ilə bağlı ona tövsiyələr də veriblər. Birmənalı şəkildə deyə bilərəm ki, bu məsələ əvvəlcədən bəlli olub və həmin informasiya mətbuata sızıbdır. Sonradan dəstə üzvlərinin bir necəsi bunu etiraf ediblər. Bununla demək olar ki, onlar Azərbaycan xalqına qarşı atılmış bu böhtanı, şərəfsiz iddiaların qarşısını almaq da maraqlı olmayıblar. Əksinə onlar "əsərə" dəstək veriblər".

Azərbaycan" qəzetinin baş redaktoru əlavə edib ki, Rüstəm İbrahimbəyov da artıq Əkrəm Naibov kimi Azərbaycan dövlətinə qarşı müharibə elan etmiş insanlardan biridir: "Görünür onlar bu məqamdan da bəhrələnmək istəyirlər. Çünki həmin insanlar öz şəxsi maraqlarını və mənafelərini düşünürlər. Çünki o bilir ki, belə bu əsərə görə Əkrəm Naibov verdikləri kimi Rüstəm İbrahimbəyova da yaxşı qonorar verəcəklər. Ancaq təəssüflər olsun ki, Azərbaycan dövlətindən, xalqından hər cür hörmət görən, mükafatlandırılan, kifayət qədər var-dövlət toplayan və özünə imkan yaradan bu insanlar ömürlərinin ahıl çağında Azərbaycan xalqına xəyanət edirlər. Düşmən cəbhəsinə keçən bu insanlar artıq Azərbaycan haqqında şər-böhtan yayır, tariximizi saxtalaşdıran, mənəviyatınımızı aşağılayan yaradıcılıqla məşğul olmağa başlayıblar. Ancaq bu cür insanlar xalqın qəzəbindən və nifrətindən qorxsunlar. Bu cür yalanların ayaq tutsada yeriməyəcəyi kimi, ssenari də "əsərə" çevrilməyəcək. Yəni, bu məsələ öz təsdiqini tapmayacaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə