Azərbaycan Milli QHT Forumu "Əlillərin və Sağlamlıq İmkanları Məhdud Olan İnsanların Hüquqlarının Müdafiəsi və Onların Cəmiyyətə İnteqrasiyası" layihəsi çərçivəsində Xəzər Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində seminarını həyata keçirib. Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Çərkəz Tanrıverdiyev, Xəzər Rayon ƏSMM-nin direktoru Adət İbrahimov, rayonda fəaliyyət göstərən QHT nümayəndələri, sağlamlıq imkanları məhdud insanlar və başqaları iştirak edib.
SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan Milli QHT Forumunun prezidenti Rauf Zeyni çıxış edərək bu layihəyə dəstək verdiyinə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, tədbirin keçirilməsinə razılıq verdiyinə görə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamova və kollektivinə minnətdarlığını bildirib.
Rauf Zeyni qeyd edib ki, layihənin məqsədi əlillərin və sağlamlıq imkanları məhdud olan insanların qanunvericiliklə müəyyən edilmiş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlarının təmin olunmasına dəstək vermək, həmçinin onların ləyaqətinə hörmət edilməsini təmin etmək, eyni zamanda onların hüquqlarının qorunmasını təşkil etməkdir. Layihədən əsasən əlilliyi olan uşaqlar və onların ailələri, sağlamlıq imkanları məhdud olan insanlar, o cümlədən müvafiq dövlət, icra və bələdiyyə qurumları, hüquq mühafizə orqanları, vətəndaş cəmiyyəti və media, eləcə də bütövlükdə ictimaiyyət faydalanacaq.
Layihə çərçivəsində həyata keçiriləcək seminarlar və maarifləndirmə tədbirləri nəticəsində nəzərdə tutulmuş əlilliyi olan insanların sosial, hüquqi, psixoloji, mənəvi və fiziki hüquqlarının qismən təmin olunaraq yerlərdə, dövlət idarələrində, mənzil-kommunal xidməti müəssisələrində,bələdiyyələrdə, icra hakimiyyəti idarələrində və digər qurumlarda əlilliyi olan insanların mənafelərinin və hüquqlarının qorunması hallarına daha həssas yanaşılacaq. Tədbir zamanı həmçinin sağlamlıq imkanları məhdud olan insanların şikayətləri də dinlənildi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB