İstanbulda nəşr edilən həftəlik "Agos" erməni qəzeti Türkiyə Hava Yolları (Turkish Airlines (THY)) şirkəti ilə müqavilə imzalayıb. SİA-nın "Agos"a istinad edərək verdiyi məlumata görə, qardaş ölkədə erməni dilində dərc olunan qəzetdən xarici ölkələrə səfər edən, ölkədaxili xətlərdə uçan təyyarələrdə olan sərnişinlər istifadə edəcəklər.
Türkiyə Hava Yollarından "Agos" qəzetinin sayının gələcəkdə artırılması ilə bağlı təklifin olacağı da istisna deyil.
Qeyd edək ki, İstanbulda işıq üzü görən ermənidilli "Aqos" qəzeti 1996-cı ildən nəşr olunur. Onun təsisçisi və keçmiş baş redaktoru Hrant Dink 2007-ci ildə öz ofisinin qarşısında güllələnib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB