Brüssel "Xocalıya Ədalət" deyəcək

Brüssel "Xocalıya Ədalət" deyəcək

XX əsrin qanlı faciəsi – 26 fevral Xocalı soyqırımının ildönümüdür. SİA-nın məlumatına görə, Belçika Azərbaycanlıları Cəmiyyətinin və Azərbaycan Tələbələr Forumunun birgə təşkilatçılığı 26 fevral 2013 il tarixində saat 16:00da "Xocalıya Ədalət" şüarı altında yürüş mitinq keçiriləcək. Yürüş Belçikanın paytaxtı Brüssel şəhərində yerləşən Ermənistanın səfirliyi önündən başlayacaq və Avropa Komissiyası qarşısında bitəcək. Aksiyanın keçirməklə tələbimiz Avropa Birliyinin bu hadisəni soyqırım aktı kimi qəbul etməsi və bu məsələyə hüquqi qiymət verməsidir. Yürüşə Belçikada eləcə də Avropa məkanının digər ölkələrində yaşayan azərbaycanlıların da qatılacağı gözlənilir.

Yürüşdə Belçikada yaşayan gənclərimizə erməni terrorunu əks etdirən T-shirtlər ( köynəklər ) paylanılacaq, eyni zamanda 500-ə qədər Xocalı faciəsini anladan ingilis və fransız dillərində bukletlər yürüş boyunca şəhər sakinlərinə paylanacaq. Yürüş üçün icazəni Brüssel polisi rəsmən verib və təhlükəsizliyin təmin olunması üçün polis aksiya iştirakçılarını başlayan saatdan sona qədər müşayət edəcək. Aksiya Avropa Parlamentinə, Avropa İttifaqına müraciətin oxunması ilə bitəcək.

Qeyd edək ki, yürüşə qatılmaq və öz dəstəyini bildirmək üçün Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev Praqada Xocalıyla bağlı tədbirdə iştirak etdikdən sonra Brüsselə gələcək. İsmayıl Ağayev aksiyaya dəstək verdiyini və bu aksiyada iştirak edəcəyini rəsmən bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə