Bakıda özünü peyğəmbər elan edən şəxslər

Azərbaycanda yeni "peyğəmbərlər" peyda olub. Özünü Allahın rəsulu kimi təqdim edən şəxs Ələsgər Musayevdir. Məlumata görə, Ələsgər Musayevdən başqa, Firdovsi və Hamlet adlı şəxslər də özlərini Allahın yer üzündə nümayəndələri hesab edirlər. Onlar özlərini hər yerdə "İbrahimilər" kimi qələmə veririlər. Bu üçlük səhabə olduqlarını iddia edirlər və bir-birilərinə "əleyhüssalam" deyə müraciət edirlər. Bu "peyğəmbələrin" qiblələri Əmircanda yerləşən bir evə tərəfdir. Həmin evin Ələsgər Musayev evi olduğu ehtimal edilir.

Yeni azərbaycanlı "peyğəmbər"in namazı da özünəməxsusdur. Belə ki, Ələsgər Musayev namazlarını Azərbaycan dilində qılmağı buyurur. Onlar oruc tutmurlar.

İbrahimilər Əmircani BƏKKƏ adlandırır və təqvimlərini də Ələsgər Hicrət etdiyi gündən hesablayırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə