Milli Məclisin bugünkü iclasında çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov ölkədə bələdiyyə seçkiləri haqqında qanunun dəyişidirilməsini təklif edib. SİA-nın məlumatına görə, S. Novruzov bildirib ki, bələdiyyələrin qanuni müstəvidə deyil praktik fəlaiyyətində problemləri var.
S. Novruzov bələdiyyə səlahiyyətlərinin məhdudlaşdırlmsı ilə bağlı səslənən tənqidləri şərh edərkən belə deyib: "Bəzən başqa ölkələrdəki bələdiyyə sistemi ilə bizim ölkə ilə qarışdırırlar. Bizim ölkədə prezident idarəçilyi formasıdır. Odur ki, səlahiyyət bölgüsü aparılıb".
YAP) icra katibinin müavini həmçinin yerli bələdiyyə üzvlərinin sayının çox olmasından şikaytlənib. Onun sözlərinə görə, kiçik kəndlərdə və ərazidlərdə 12 -18 nəfərlik bələdiyyə üzvünün seçilməsi düz prinsip deyil.
Deputat Türkiyədə muxtarlıq sistemini nümunə gətirərək deyib ki, bələdiyyə üzvlərinin sayı azaldılmalıdır: "Bir kənddə 12 nəfər bələdiyyə üzvü seçilir. Onların arasından baş çıxarmaq olar?"
S. Novruzov çıxışını konkretləşdirərək seçki qanunvericiliyinin dəyişdirilməsini və maksimum 3, minimum 1 bələdiyyə üzvünün seçilməsini təklif edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB