Millət vəkili bələdiyyələrin ləğv edilməsini istədi

Millət vəkili bələdiyyələrin ləğv edilməsini istədi

Milli Məclisin bugünkü iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib. SİA-nın məlumatına görə, məruzə ətrafında gedən müzakirələr zamanı millət vəkilləri bələdiyyələrin fəaliyyətini tənqid ediblər.

Millət vəkili Fazil Mustafa bələdiyyələrlə bağlı ciddi iradlar və tənqidi fikirlər səsləndirib. O bildirib ki, bələdiyyə sistemi özünü doğrultmur. Eyni zamanda bələdiyyələrin ləğv edilməsini də təklif edib: "Bu necə bələdiyyədir? Torpaq xəritələri belə yoxdur. Belə idarəçilik xaosu ola bilər? Onların faktiki olaraq heç bir səlahiyyəti yoxdur. İcra hakimiyyətlərindən tam asılı vəziyyətdədirlər. Tam fəaliyyətsiz quruma çevriliblər".

Onun sözlərinə görə, Avropaya göstərmək üçün bələdiyyə qurumlarının yaradılmasının heç bir mənası yoxdur: "Avropa özü bu qurumların işlək olmadığını bilir. Bələdiyyə sistemi Azərbaycanda ciddi böhran yaşayır. Onun dirçəldilməsi üçün iş aparılmır. Bələdiyyə sistemi ləğv edilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə