İclas başladı

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb. SİA-nın məlumatına görə, Oqtay Əsədovun sədrliyilə iclasın gündəliyinə 9 məsələ, o cümlədən "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi" də daxildir.

Həmçinin, iclasda "İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının nizamnaməsinin təsdiq edilməsi haqqında", "Dövlət rüsumu haqqında", "Qrant haqqında", "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" və "Dini etiqad azadlığı haqqında" qanunlara, habelə Ticarət Gəmiçiliyi Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər barədə və "Uşaqların icbari dispanserizasiyası haqqında" qanun layihəsi də müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə