Bu gün hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 3-6, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
Ölkənin rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
Yaxın 2 gün ərzində atmosfer təzyiqinin xeyli enməsi, 15-də arabir güclənən gilavar küləyinin 16-da xəzri küləyi ilə əvəz olunması bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB