Britaniyalı deputat Xocalı aeroportunun açılmasını pisləyib

Britaniyalı deputat Xocalı aeroportunun açılmasını pisləyib

Xocalı aeroportunu açmaq niyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində aparılan danışıqlar prosesinə böyük zərbə vurur. Avropa Azərbaycan Cəmiyyətindən AzərTAc-a bildiriblər ki, bu fikri Böyük Britaniyanın Mühafizəkarlar Partiyasından seçilmiş deputat Kris Hiton Harris söyləyib.

Parlamentin üzvü deyib ki, həmin regionda olmuş bir şəxs kimi mən Dağlıq Qarabağdakı faciəli hadisələrin özündən sonra hansı izləri buraxdığını və bu hadisələrin sülh danışıqlarının incə mövzuları olduğunu bilirəm. Buna görə də, Xocalı aeroportunu açmaq təklifi bu prosesə böyük zərər gətirir.

Kris Hiton Harris qeyd etmişdir ki, bu, yalnız beynəlxalq hüququn ziddinə getmək deyildir. Bu, 20 il əvvəl Xocalıdakı evlərini məcburiyyət qarşısında tərk edərkən həlak olmuş insanlar haqqında xatirələri yenidən oyadır.

Britaniyalı deputat bildirib ki, Xocalıdakı aeroportun açılması ilə bağlı istənilən plan danışıqlara mənfi təsir göstərəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə