Prezident Administrasiyasının rəhbərinin sərancamı ilə "Xocalı soyqırımının iyirmi birinci ildönümünün keçirilməsinə dair tədbirlər planı" təsdiqlənib. Tədbirlər planında Xətai rayonunda, Naftalan şəhərində Xocalı soqırımı qurbanlarının xatirəsi anılacaq. O cümlədən xarici ölkələrdəki səfirliklərdə, nümayəndəliklərində dəhşətli hadisə ilə bağlı kofransların, Xocalı soyqırımına həsr olunan materialların hazırlanması nəzərdə tutulub. Sənədə əsasən ali və orta təhsil ocaqlarında, teatr-konsert məkanlarında sənədli və bədii filimlər nümayiş olunacaq.
Bu arada rəsmi dövlət sturukturların rəhbərlərinin, deputatların iştirakı ilə şəhər və rayonlarda məskunlaşan şəhid ailələrinə yardım göstəriləcək. Həmçinin fevralın 25-də təhsil müəssisələrində ilk dərslər bu faciyəyə həsr olunacaq. Ayın 26-da saat 17.00-da ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB