Şirvanda reyd keçirilib

Şirvanda reyd keçirilib. SİA-nın Aran bürosuna məlumat verən Şirvan şəhər polis şöbəsinin DYP bölməsinin rəisi Samir İsmayılov bildirib ki, son 2 gün ərzində keçirilmiş reyd zamanı 29 avtomabil cərimə meydançasına aparılıb. Bunlardan 2 nəfər sürücü sərxoş vəziyyətdə avtomabili idarə edərkən müəyyən edilib, 4 nəfər sürücünün isə sürücülük huququnun olmaması aşkarlanıb.

Eyni zamanda 19 avtomobil saxlanılaraq arxa yan şüşələrində görməni məhdudlaşdıran pərdə və plyonkalar sökülərək götürülüb. 9 avtomobilin isə zavod istehsalına müdaxilə edilərək qabaq və arxa hissəsində əlavə quraşdırma işi aparıldığı üçün saxlanılıb və cərimə meydançasına aparılıb. Saxlanılan avtomobil sürücülərinin bəzilərinə yerindəcə cərimə protokolları yazılaraq buraxılıb.

DYP rəisi reydlərin davam edəcəyini bildirib.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə