Bəzi qəzetlərdə "Yevlaxın icra başçısı ondan şikayət edən sahibkarları döydürür" başlıqlı məqaləsi dərc olunub. SİA-nın müxbirinə İcra Hakimiyyətindən verilən məlumata görə, yazılanlar tamamilə yalan və heç bir əsası yoxdur.
Eyni zamanda bildirilib ki, Yevlaxda son 10 ildə sahibkarlara öz işlərini qurmaq və fəaliyyətlərini inkişaf etdirmək üçün bütün şərait yaradılıb, sahibkarlıq müəssisələri daimi işıq, su və təbii qazla təmin olunub. Regionların İnkişafı Dövlət Proqramlarının icrası ilə əlaqədar son illər Yevlaxda geniş abadlıq və quruculuq işləri həyata keçirilib, respublikamızın abad və inkişaf etmiş şəhərlərindən birinə çevrilib.
Son vaxtlar Yevlaxda sahibkarlar tərəfindən tikiş fabriki, dəri emalı fabriki, kərpic zavodu, Qida məhsulları istehsalı kombinatı, 2 asfalt və beton zavodu, "Azərtoxum" MMC tikilib istifadəyə verilmiş, "Yevlax Təmir" və "Beton" ASC-nin fəaliyyətləri bərpa olunmuş, istehsalın həcmi genişləndirilib.
Əhalinin istirahətinin təşkili üçün 13 park salınıb, Kür çayı sahlilndə Bulvar kompleksi, avtovağzal, Əlillərin bərpa Mərkəzi, Uşaq xəstəxanası, Şahmat məktəbi, Elektron kitabxana, teatr binası, Məhdud Fiziki İmkanlı insanlar üçün Regional İnformasiya Mərkəzi, 17 məktəb, çoxlu sayda regional inzibati binalar, 9 bank filialı üçün binalar, Mərkəzi Bankın ərazi idarəsi üçün binalar, şəhid və qarabağ müharibəsi əlilləri üçün 5 ədəd çoxmənzilli yaşayış binaları tikilib istifadəyə verilib.
2004-2012-ci illərdə Yevlaxda abadlıq işləri ilə əlaqədar şəhərin park, küçə və meydanlarına 1 milyon 585 min kv. metr asfalt, 15,1 min kv. metr qranit-mərmər, 216,4 min kiv. metr dekarativ plitə, 75,1 min kv. metr gülbağ (aqlay) plitəsi döşənib. Küçə və prospektlərə müasir tələblərə cavab verən 3018 ədəd işıqlandırma dirəkləri və 5433 ədəd işıq nöqtələri quraşdırılıb. Bu dövrdə şəhərdə 6000 yerlik stadion, qəsəbə və kəndlərdə 32 müasir stadion və idman qurğuları inşa edilib.
Hazırda şəhər Təhsil şöbəsi üçün inzibati bina, 3 tam orta məktəb binası, 180 çarpayılıq Mərkəzi Xəstəxana, Regional Vərəm xəstəxanası üçün bina, İqtisadi İnkişaf Nazirliyinin regional idarəsi üçün inzibati bina, 5 ulduzlu otel, 4 mərtəbəli yaşayış bunasının və sairənin tikintisi davam etdirilir.
Bu gün də Yevlaxda həyatın bütün sahələrində sürətlə inkişaf edir. Əhalinin problemləri həll olunur. Hazırda Yevlaxda istehsal olunan məhsulların 90 faizdən çoxu özəl istehsal olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB