Elektrik xəttləri yer altıa salınıb

Gəncədə 12% elektrik xəttləri yer altıa salınıb
Elektrik xəttləri yer altıa salınıb

Gəncə şəhərində 300 km-ə yaxın müxtəlif yüklü elektrik xəttlərinin yeraltına salınması işləri davam etdirilir. Gəncə şəhər Elektrik Şəbəkəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, 28 km-ə yaxın elektrik xəttləri artıq yeraltına salınıb. Məlumatda bildirilir ki, abadlıq və quruculuq tədbirləri çərçivəsində 110 kv yüksək gərginlikli elektrik xəttləri istisna olmaqla 6-10 və 35 kv xəttləri yeraltı kabellərlə əvəzlənəcək. Nəzərdə tutulan tədbirlərdən sonra daimi şəkildə dayanıqlı enerjinin təminatı ilə yanaşı şəhərin görkəminə də müsbət təsir edəcək.

İlham Məmmədov





Bütün xəbərlər Facebook səhifəmizdə