Sabiq deputatın Bakıda 9 mənzil, 4 böyük bağ evi və 4 iri sahəli obyekti varmış
Dünən barəsində 2 aylıq həbs qəti-imkan tədbiri seçilən sabiq millət vəkili Gülər Əhmədova barəsində daha bir sensasion məlumat yayılıb. Məlumata görə, məhkəmənin hökmündən dərhal sonra Gülər Əhmədovanın mülklərinin müəyyənləşməsi və nəzarətdə saxlanması, eləcə də onlarda müəyyən axtarışların aparılması üçün əməliyyat qrupları yaradılıb.
Qeyd edək ki, istintaq dövründə təqsirli bilinən şəxsin əmlakının özgəninkiləşdirilməsinin qarşısı alınmaq üçün onlara həbs qoyulur və bu əmlakın hansı yolla əldə edilməsi müəyyənləşdirilir. Məlum olub ki, istintaq zamanı Gülər Əhmədovanın qeyri-qanuni yolla əldə etdiyi mülkləri müəyyənləşib. Bu mülklər milyonlarla manat dəyərindədir.
İstintaqın müsadirə edilmək üçün məhkəməyə təqdim edəcəyi əmlakların ilkin siyahısı da məlumdur Bakının müxtəlif yerlərində, əsasən də mərkəz hissələrdə olan 9 mənzil, 4 böyük bağ evi və 4 iri sahəli obyekt.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB