Gəncə meşələrində sürüşmə təhlükəsi

Gəncə meşələrində sürüşmə təhlükəsi

Gəncənin Hacıkənd meşələrinin sürüşmə təhlükəsi tam aradan qaldırılmayıb. Havaların quraqlıq keçməsi təhlükənin nisbətən qarşısını alsa da, problem hələ ki, həllini tapmayıb. Eko-rezonans İctimai Birliyinin sədri İrşad Abbasovun SİA-ya verdiyi məlumata görə, meşə sahəsinin təxminən 40%-dən çoxu sürüşmə təhlükəsi ilə üz-üzədir.

Onun sözlərinə görə, təşkilatın məsələ ilə bağlı irəli sürdüyü layihələr aidiyatı orqanlara təqdim olunub: "Bundan əlavə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti bu istiqamətdə lazımı qabaqlayıcı tədbirlər həyata keçirir. Ancaq problemin bu gün aradan qaldırılması üçün böyük miqdarda vəsait tələb olunur. Düşünürəm ki, sözügedən ərazidə məskunlaşan məcburi köçkün ailələrinin Dövlət Proqramı çərçivəsində köçürülməsindən sonra Hacıkənd meşələrindəki sürüşmə təhlükəsi tez bir zamanda öz həllini tapacaq".

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə