Seçici Sarkisyana Azərbaycan dilində müraciət etdi

Seçici Sarkisyana Azərbaycan dilində müraciət etdi

Ermənistan prezidenti Serj Sarkisyan prezident seçkiləri ilə bağlı təbliğat kampaniyası çərçivəsində Basarkeçər (indiki Vardenis) bölgəsində seçiciləri qarşısında çıxış edərkən gözlənilməz hadisə ilə üzləşib. SİA-nın aravot.am saytına istinadən verdiyi məlumata görə, S.Sarkisyan tribunada olarkən bir yaşlı kişiyə söz verilib. Qoca erməni prezidentini əlində tutduğu vərəqdə yazılanları oxumaqla o ki var tərifləyib və sonda vərəqi cibinə qoyaraq: "İndi isə icazə verin öz ürək sözlərimi deyim". Və kişi sonrakı fikirlərini səlis Azərbaycan dilində söyləməyə başlayıb.

Ermənistan prezident: "Deyəsən keçmiş zamanlar üçün darıxmısınız", deyəndə Vardenis sakini dediyi sözləri ermənicə tərcümə etməyə çalışıb. Ancaq Sarkisyan: "Tərcümə etmək lazım deyil. Yəqin siz unutmusunuz ki, mən azərbaycanca səlis danışıram. Sözün ürəkdən deyilməsinə gəlincə, söz vermək çox ağır işdir. Xüsusilə onu prezident verəndə", - deyə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə