Azərbaycanda Tibbi Təlim Kursları təşkil ediləcək

Azərbaycanda Tibbi Təlim Kursları təşkil ediləcək

Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti (AATƏC), Azərbaycan Tibb Universitetinin (ATU) təşkilatçılığı və "İRƏLİ" İctimai Birliyinin dəstəyi ilə növbəti Tibbi Təlim Kursları təşkil edilir. İctimai Birlikdən SİA-ya verilən məlumata görə, təlim kursları bir sıra: ümumi və laparoskopik cərrahiyyə, radiologiya və endoskopiya sahələrini əhatə etməklə ən müasir treyninq modelləri üzərində xüsusi proqram əsasında 15-17 fevral 2013-cü il tarixlərində keçiriləcək.

Sabah Azərbaycan Tibb Universitetinin Terapevtik korpusunda Tibbi Təlim Kurslarının açılışı mərasimi keçiriləcək. Mərasimində Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti (AATƏC)in Treyninq Mərkəzinin, Summer Medical School layihəsinin, həmçinin cəmiyyətin təsis etdiyi Azərbaycan Tibb Xəbərləri jurnalının ilk buraxılışının təqdimatı da planlaşdırılır.

Açılış mərasimindən sonra laparoskopik cərrahiyyə, radiologiya və endoskopiya üzrə tanınmış mütəxəssislər tərəfindən mühazirələr oxunacaq. Sonrakı 2 gün ərzində isə açıq və laparoskopik cərrahiyyə, radiologiya və endoskopiya üzrə adi tibbi vərdişlərlə yanaşı mürəkkəb cərrahi, invaziv, diaqnostik və digər müalicəvi texnikalar təcrübəli mütəxəssislərin iştirakı ilə xüsusi simulyatorlar üzərində iştirakçılara öyrədiləcək. Sonda kursu bitirən iştirakçılara sertifikat təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə