Azərbaycan Milli QHT Forumu "Əlillərin və Sağlamlıq İmkanları Məhdud Olan İnsanların Hüquqlarının Müdafiəsi və Onların Cəmiyyətə İnteqrasiyası" adlı layihə həyata keçirir. QHT Formundan SİA-ya verilən məlumata görə, layihənin məqsədi əlillərin və sağlamlıq imkanları məhdud olan insanların qanunvericiliklə müəyyən edilmiş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlarını təmin olunmasına dəstək vermək, həmçinin onların ləyaqətinə hörmət edilməsini təmin etmək, eyni zamanda onların hüquqlarının qorunmasını təşkil etməkdir.
Layihə çərçivəsində Bakı şəhərinin 11 rayonunun İcra Hakimiyyətində seminarlar keçiriləcək.
Qeyd edək ki, layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilir. 15 fevral 2013-cü ildə Xəzər Rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzində layihə çərçivəsində seminar keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB