İtaliyada SAM-ın kitabı nəşr edilib

İtaliyada SAM-ın və İSPİ-nin birgə hazırladığı kitab nəşr edilib
İtaliyada SAM-ın kitabı nəşr edilib

İtaliyada SAM-ın və İtaliyanın aparıcı beyin mərkəzlərindən biri olan Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun (ISPI) birgə əməkdaşlığı ilə "Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsü: ümumi çərçivə və ya geniş imkanlar" adlı kitab ingilis dilində nəşr edilib. Bir il davam edən tədqiqat layihəsinin nəticəsi olan bu kitabda ümumi Şərq Tərəfdaşlığı çərçivəsi və Azərbaycanın bu çərçivədə oynadığı rol təhlil edilib.

SAM-dan SİA-ya verilən məlumata görə, kitabda "Şərq tərəfdaşlığı" təşəbbüsü barədə ətraflı məlumat verilməklə bərabər iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, sərhəd təhlükəsizliyi üzrə həyata keçirilmiş fəaliyyət qiymətləndirilib və proqramın təkmilləşdirilməsi üçün bir sıra tövsiyələr verilib.

Qeyd edək ki, tədqiqat hər iki beyin mərkəzlərinin əməkdaşları tərəfindən aparılıb. Layihədə Azərbaycan tərəfindən G.Paşayeva, V. Qasımlı və G. Rzayeva, İtaliya tərəfindən isə Karlo Frappi, Mikela Çekkorulli, Serena Custi və Tomislava Penkova iştirak edib. Kitaba ön sözü SAM-ın direktoru Fərhad Məmmədov və İSPİ-nin vitse-prezidenti və direktoru Paolo Maqri yazıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə